Danimarkanın paytaxtı Kopenhagendə minlərlə insan hökumətin artan müdafiə xərclərini ödəmək üçün bir günlük tətili ləğv etmək planına etiraz edib. Həmkarlar ittifaqları nümayişə təxminən 50 min adamın qatıldığını açıqlasa da, polis mövzu ilə bağlı heç bir açıqlama verməyib.
Hökumət 1686-cı ildən başlayaraq Pasxadan sonra dördüncü cümə gününə təsadüf edən xristian bayramı olan “Böyük Dua Günü”nün dövlət bayramını ləğv etmək istəyir. Hökumət tərəfindən ilk dəfə dekabr ayında gündəmə gətirilən təklif Ukrayna müharibəsindən sonra ölkənin müdafiə xərclərinin artması səbəbindən yaranan kəsirin bağlanmasını nəzərdə tutur. Hökumət NATO-da müəyyən edilmiş meyarlara uyğun olaraq, 2030-cu ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsula nisbətini 2 faizə çatdırmağı planlaşdırır.
Hökumət bu fikirdədir ki, bir günlük tətilin ləğvi ilə büdcəyə 654 milyon dollar daxil ola bilər. Ancaq həmkarlar ittifaqı, müxalifət və iqtisadi ekspertlər bir günlük tətilin aradan qaldırılması ilə bu məqsədə nail olmayacağını müdafiə edirlər. Danimarkada kollektiv müqavilələr həmkarlar ittifaqı ilə işəgötürən arasında aparılan kollektiv danışıqlar nəticəsində müəyyən edilsə də, hökumət bu danışıqların tərəfi deyil. Parlamentdə məhdud səs çoxluğu olan hökumət etirazlara baxmayaraq qanun layihəsini gündəmə gətirməkdə qərarlı olduğunu bildirir.
Danimarka dünyada ən az iş saatına malik üzv ölkələr sırasındadır.
Danimarkalılar bayramın ləğvinə etiraz olaraq aksiya keçiriblər