Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Operativ.tv xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

 

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitələri;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.