Ehramı olmayan kişilərə Kəbə yaxınlığında təvaf etmək qadağan edildi

Səudiyyəlilərin qoyduğu qadağalara görə Allah evinin yanında yalnız bu il ehram bağlayanlar təvaf edə bilər, ehramla girməyənlər isə yuxarı təbəqələrdə təvaf etməlidirlər.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, bu il Həcc ziyarəti zamanı səudiyyəlilərin qaldırdıqları məsələlərdən biri də kişilərin Mataf və Məsaiyə girişinin məhdudlaşdırılmasıdır. 
Səudların qeyd etdiyi kimi, Allah evinin yanında yalnız ehramlı zəvvarlar təvaf edə bilər, ehram bağlamayanlar isə yuxarı təbəqələrdə təvaf etməlidirlər. Təbii ki, bu qadağa yalnız kişilər üçündür və qadınların Məscidül-Həramın müxtəlif yerlərində Allah Evini asanlıqla təvaf edə bilərlər. 
Səudiyyəlilərin bu qanunları tətbiq etmələri üçün bəzi Məscidül-Həram məmurları Kəbənin müxtəlif girişlərində hazırlaşır və insanların xüsusi paltarları ilə içəri daxil olmasına mane olurlar. Kəbəni təvaf etmək istəyən bütün kişilər ehram paltarı geyinməlidirlər, əks halda yuxarı təbəqələrə yönləndiriləcəklər.