Ermənilər Bərdəyə raket atdı - 3 nəfər həlak oldu + Yenilənib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.

Düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.

Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Həlak olan və yaralılar var.

 

***

Prezidentin köməkçisi Hikmət Hacıyev hadisəylə bağlı tvit ataraq bildirib ki, erməni terroru nəticəsində həlak olanların sayı 3-ə çatıb, qadın və uşaqlar daxil olmaqla daha 10 nəfər yaralanıb.