Ermənistan Tovuzu yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. 

Operativ.tv-nin Müdafiə Nazirliyininə istinadən məlumatına görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.