Ermənistanda ölən əsgərlərin anaları ilə polis arasında toqquşma olub

Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

“Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burda olmamalıdır. Onlar ən zəif yerdən vurdular”, - deyə etirazçılardan biri hökumət nümayəndələrinin əklillərini yığışdıran zaman deyib.

Polis ümumilikdə 30 nəfəri saxlayıb.

Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdi. Polisin müdaxiləsindən sonra Paşinyan məzarlığa maneəsiz daxil olub.