Fəallara və jurnalistlərə hücumlara qarşı etiraz aksiyası polis tərəfindən qarşısı alınıb-VİDEO

Fəallara və jurnalistlərə hücumlara qarşı bu günkü etiraz aksiyasının təşkilatçılarının əksəriyyəti polis tərəfindən tədbir başlananadək saxlanılıb.

Belə ki, Bəxtiyar Hacıyev, Alı Əlizadə, Fuad Əhmədli, Əziz Məmiyev evindən çıxarkən saat 14-də (aksiya başlanmazdan bir saat əvvəl) saxlanılıblar.

Lakin Rüfət Səfərov saxlanılmayıb və aksiya iştirakçıları arasındadır. Sonra Bəxtiyar Hacıyev aksiya iştirakçılarına qoşulub. Bununla belə, marş-aksiya baş verib. Buraya toplaşan onlarla fəal çoxsaylı polis və jurnalistlərin müşayiəti ilə Fəvvarələr Meydanından DİN binasına tərəf üz tutdu. Lakin, binaya 100 metr qalmış polis iştirakçıları ayırmağa başladı və onların hərəkətinə maneə törətdi.

Turan.