Fatimeyi Zəhra (s.ə) məscidinin bütün dini icması dəyişdirilib

Sosial media üzərindən edilən geniş paylaşımlara istinadən Operativ.tv xəbər verir ki, 2022-ci ilin əvvəlində ölkə başçısının açılışında iştirak etdiyi Yeni Günəşlidəki Xanım Fatimeyi Zəhra (s.ə.) adına məscidin ruhanisi hacı Surxay Əhmədov başda olmaqla bütün məscid icmasının fəaliyyətinə xitam verilib. Yayılan məlumata görə yeni icma və üç yeni axund bu gün rəsmi fəaliyyətə başlayıblar. Hətta axşam namazlarını belə təyin edilən yeni axundlardan biri icra edib.

Xatırladaq ki, məscidin uzaqlaşdırılan icması ərazinin ilkin fəaliyyəti tarixindən bu günə qədər məscidin bütünlükdə idarəçiliyinə nəzarət edib. Tikintisindən ictimai işlər, tez-tez təşkil olunan yardımlar, İkinci Qarabağ savaşına verdiyi ərmağanlar məscidin fəaliyyət istiqamətinin milli və dini dəyərlərlə vəhdətinin təzahürü olub. Ruhani Hacı Surxayında illərdir bu məsciddəki fəaliyyəti bütün inanclılar tərəfindən sevgi və rəğbətlə qarşılanıb. Birbən birə hakimiyətin belə sərtdönüş etməsi bütün inanclılara narahatlıq və eyni halda narazılığına səbəb olub.

Görünən isə budur ki, Ramazan gecələrinin əzəməti və böyük kütləyə malik, Aşura mərasimində insan selinin məsciddə mövcudluğu hakimiyətdə qıcıq yaradıb. Belə olan halda hakimiyyətin məscidin “dəyişdirilməsi” planına müvafiq olaraq köhnə fəaliyyət strukturunu tamamilə “özününküləşdirərək” məscidi təsiri altına alan yeni dəyişikliyi həyata keçirib.