Əfqanıstanda məktəbdə partlayış törədilib, yaralı uşaqlar var

Əfqanıstanın Nəngərhar əyalətində məktəblərin birində tödərilən partlayış nəticəsində aralarında uşaqlar olmaqla azı 10 nəfər yaralanıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Nəngərharın Rudat deyilən bölgəsində məktəbdə baş verən partlayışda 10 nəfər yaralanıb.

Yaralıların bəzisinin vəziyyəti ağırdır.

Bu partlayışı hələ heç bir qrup üzərinə götürməyib.

Qeyd edək ki, son illərdə Əfqanıstandakı məscid, məktəb və digər növ ictimai obyektlərdə partlayışları İŞİD üzərinə götürüb.