Əfqanıstanda növbəti partlayış

 Talibanın regional nümayəndəliyinə istinadən “Etilaat Roz”-un yaydığı məlumatda Əfqanıstanda növbəti dəfə partlayış baş verdiyi bildirilir. Mənbənin məlumatına görə Herat şəhərində baş verən terror aktı sərnişin avtobusunda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində gerçəkləşib. Partlayışda 10-artıq şəxsin yaralandığı, 6 nəfərin isə öldüyü bildirilir.