Fransa, polisin dinc Əlcəzairli nümayişçiləri qırmasının 60 illiyini qeyd edir

Cəmilə Amran hələ 1961 -ci ildə qucağında yeni doğulmuş körpə ilə Parisdə dinc etiraz yürüşünə gələndə gənc ana idi. Mitinqə Şimali Afrikanın 30 min yerli sakini Fransadan ərazilərinin azad edilməsini tələb etmək niyyəti ilə toplanmışdılar. Cəmilənin xatırladığı kimi, Əlcəzairlilər ən yaxşı paltar geyinərək həmyerlilərini nümayişə getməyə və uşaqlarını da götürməyə razı saldılar. Lakin dinc etiraz, İkinci Dünya Müharibəsindən sonra Avropada ən pis polis zorakılığına çevrildi. Polis nümayişçilərə atəş açdı.

Bu gün, faciədən 60 il keçməsinə baxmayaraq, həlak olanların dəqiq sayı hələ də açıqlanmır. Müxtəlif mənbələr bir neçə yüzə qədər insanın öldürülməsi haqda məlumatlara istinad edir. Ən pis faciə, təhlükəsizlik qüvvələrinin Notre Dame Katedrali yaxınlığındakı Müqəddəs Mişel körpüsündən meydana gələn insanları Seine çayına atdıqları idi. Onlardan bir çoxu daha heç vaxt sahilə çıxa bilmədi. 2012 -ci ildə prezident Frasoy Olland bu hadisəni "qanlı bir repressiya" adlandırdı.

 Polis qurbanları və qurbanların ailə üzvləri hakimiyyətin onlardan üzr istəmək və dəymiş ziyana görə təzminat almaq istəylərini bildirsələr də, bu günə qədər buna müvəffəq ola bilməyiblər. Bu barədə məlumatı İslamnews.ru-ya istinadən Operativ.tv verib. İndi Cəmilə Əmranın 87 yaşı var. O deyir ki, hansısa fransız qadın evinin qapısını açıb körpəsini içəriyə sürükləməsəydi, indi övladı və özü sağ qalmazdı.