Gəncə hadisələrinə görə haqqında axtarış elan olunan şəxs Azərbaycana etap olundu

2018-ci ilin iyul ayında Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə baş verən hadisələrə görə axtarışa verilən və daha sonra Rusiyada saxlanılaraq paytaxt Moskva şəhərindəki təcridxanada uzun müddət gözlədilən Yusif Sadıqov Azərbaycana etap olunub.

 

Operativ.tv xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

 

Vurğulanır ki, Yusif Sadıqov dünən paytaxt Bakının Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb.

 

Qeyd edək ki, Yusif Sadıqov Gəncə hadisələri zamanı saxlanılan və cinayət məsuliyyətinə cəlb olunan Yunis Səfərovla telefon danışıqları olduğu üçün təşkilatçı olmaqda ittiham olunur.