Gəncə sakini: "Kaş hər kəsin evi dağılardı, özlərinə bir şey olmazdı"

11 və 17 oktyabrda Gəncənin mülki sakinləri Ermanistan SQ-nin raket  hücumlarına məruz qaldı. Hücumlar nəticəsində 23 dinc sakin həyatını itirdi, 83 nəfər yaralandı. Xüsusilə 17 oktyabrda şəhərə atılan raketin fəsadları ağır oldu. Gəncə hücumunun zərərçəkənləri Meydan TV-yə danışıblar.