Gürcüstan Azərbaycanla Qarabağdakı sülh prosesində əməkdaşlıq etmək istəyir

"Azərbaycanla sülh prosesində əməkdaşlığa hazırıq”, - bu sözləri Gürcüstanın XİN başçısı David Zalkaliani deyib. 
 
11 noyabrda"İmedi” telekanalına müsahibə verən Zalkaliani Gürcüstanın bölgədə baş verən prosesləri çox diqqətlə izlədiyini deyib. 
 
Nazirin sözlərinə görə, Rusiya və Türkiyənin iştirakı ilə sazişin bağlanması Azərbaycan və Ermənistanın seçimi olub: "Tərəflərin hərbi əməliyyatlara qısa müddətdə yekunlaşdırması vacib idi. Gürcüstan bu məsələdə mövqeyini çox açıq şəkildə ifadə etmişdi. Ümid edirəm ki, bu sülh sazişi tərəflərə bölgədə davamlı sülh yaratmaq imkanı verəcək”.
 
Nazir Gürcüstanın sülh prosesindəki roluyla bağlı təklifinin hələ də qüvvədə qaldığını qeyd edib: "Bu istiqamətdə həm strateji tərəfdaşımız olan Azərbaycanla, həm də yaxın dostumuz və qonşumuz olan Ermənistanla əməkdaşlığı davam etdirməyə hazırıq”.