Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

Noyabrın 21-də  Gürcüstanda parlament seçkilərinin növbəti turunda səsvermələr keçirilir. 
 
"Novosti-Qruziya" xəbər verir ki, səsvermə prosesi saat 08:00-da başlayıb, 20:00-da başa çatacaq.
 
İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub. 
 
Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. 
 
Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.