Həbibin əmisi oğlu ilk raundda rəqibini məğlub edib

Finlandiyalı MMA döyüşçüsü Patrik Pietila Həbib Nurməhəmmədovun əmisi oğlu Usmana qarşı döyüşdə məğlub olub. İlk raundda başa çatan döyüş Rusiya paytaxtında keçirilən Bellator 269 turniri çərçivəsində baş tutub. Usman keçirdiyi 14 döyüşün hamısında qələbə qazanıb. Pietila üçün hazırkı məğlubiyyət doqquzuncu idi. Onun ümumilikdə 11 qələbəsi var.