O, büstü şəxsi təşəbbüsüylə, dövlət dəstəyi olmadan - öz hesabına hazırladığını deyir.
Jalə Əliyeva hazırda şəhid Ülvi Hacıyevin və 44 günlük savaşda həlak olan başqa qəhrəmanların büstü üzərində işləyir.
Heykəltaraş Müstəqil Balayev də qardaşı ilə birlikdə bir çox şəhidin büstünü hazırladıqlarını deyir. O da büstləri şəxsi təşəbbüsü ilə ərsəyə gətirdiyini qeyd edir.
"Biz qardaşım Aqşin Balayevlə birlikdə Tovuz şəhidlərinin 12 barelyefini hazırlamışıq. Daha sonra qərara gəldim ki, Arəstə Baxışovanın heykəlini hazırlayım” – M.Balayev belə söyləyir.
Gənc heykəltəraş bildirir ki, büst gildən hazırlanıb və 1 həftəyə başa gəlib.
Heykəltəraş bu cür işlərin davamlı olacağını da vurğulayır: "Biz qardaşımla birlikdə bir neçə şəhidin büstünü hazırlamışıq. Məsələn, Fərid Zaməddinovun, Anar Əliyevin, Elman Babayevin və Məhəbbət Paşayevin. Belə işlərimiz davam edir, heykəllər də hazırlayırıq. Hələlik hazır deyil”.
Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Arəstə Baxışova isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Heykəltəraşlar Xudayarla Arəstənin büstünü hazırladılar - FOTO