Human Rights Watch: İsrail şirkətinin casus proqramından yüksək vəzifəli işçini hək etmək üçün istifadə olunub

Human Rights Watch-un yüksək vəzifəli əməkdaşı onun telefonlarını İsrail texnologiya şirkəti tərəfindən hazırlanmış və ABŞ-ın fəalları, jurnalistləri və digər maraq kəsb edən insanları hədəf almaq üçün “pis niyyətlə” istifadə edildiyini bildirdiyi casus proqram təminatı ilə hək edilib.

Qurum çərşənbə günü verdiyi açıqlamada ABŞ-ın avtoritar hökumətlərə insan haqları pozuntularına yol verməyinə kömək etdiyini bildirdiyi İsrail şirkəti NSO Group Technologies-in casus proqramının Livandakı ofisinin regional direktorunu hədəf almaq üçün istifadə edildiyini qeyd edib.

Direktor Lama Fakih təşkilatın Suriya, İsrail, Əfqanıstan, Myanma, Efiopiya və ABŞ da daxil olmaqla, bir neçə ölkədə böhrana reaksiyasına nəzarət edir. HRW onun mobil telefonlarının ötən il beş dəfə hək edildiyini deyib.

Fakihin işi “silahlı münaqişələr, humanitar fəlakətlər və ağır sosial və ya siyasi iğtişaşlar zamanı insan hüquqlarının pozulması və ciddi beynəlxalq cinayətlərin sənədləşdirilməsi və ifşa edilməsini əhatə edir” - deyə, HRW bildirib.

"Bu iş müxtəlif hökumətlərin, o cümlədən NSO-nun müştəriləri olduğundan şübhəli olan bəzi hökumətlərin diqqətini çəkə bilər" - deyə, qurum əlavə edib.

Fakih HRW-nin Qəzzada İsrail və Həmas arasında döyüşlər və 2020-ci ildə Beyrut limanında baş verən ölümcül partlayışla bağlı araşdırmaya nəzarət edərkən telefonlarının hək edildiyini bildirib.

NSO HRW-nin hakerlik iddialarına birbaşa cavab verməyib, lakin təşkilat kiberkəşfiyyat vasitələri üçün “beynəlxalq tənzimləyici struktur” yaratmağa çağırış edib. NSO-nun bəyanatında həmçinin deyilir ki, struktur qurulana qədər texnologiyaların dayandırılması ilə bağlı istənilən çağırışlar digər müşahidə formalarından yayınan cinayətkarlara kömək edəcək.

ABŞ keçən il şirkətin alətlərinin repressiv hökumətlər tərəfindən istifadə edildiyini iddia etdikdən sonra NSO-ya Amerika texnologiyasına girişi qadağan edib. ABŞ-ın texnologiya nəhəngləri “Apple” və “Facebook” məhsullarının hək edilməsinə cavab olaraq NSO-nu məhkəməyə verib.

Bir qrup ABŞ qanunvericisi keçən ay Dövlət Departamenti və Maliyyə Nazirliyindən Pegasus casus proqramları ilə məşhur olan NSO da daxil olmaqla, dörd xarici firmaya sanksiya tətbiq etməsini istəyib.

 

Amerikanın səsi.