Həzrəti Fatimə Zəhranın (s) mövludu ilə eyni vaxtda Nəcəfdə o xanımın adına olan səhnin açılışı

Qeyd edək ki, “Həzrəti Fatimə Zəhranın (səlamullahi əleyha) Adına Həyətin Böyük Layihəsi” İslam memarlığının şah əsəridir və müqəddəs ziyarətgahlar tarixində ən böyük inşaat mühəndisliyi layihələrindən biridir. Bu layihənin tərtibçisi, icraçısı və təsisçisi İran İslam Respublikasının “Müqəddəs Hərəmlərin Yenidən Tikintisi Qərargahı”dır. Bu qərərgah İraq Şiə Vəqf Məhkəməsi və İmam Əlinin (əleyhi səlam) Müqəddəs Hərəmi ilə tam koordinasiya şəraitində bu Böyük Layihəni tamamlamağa nail olmuşdur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Müqəddəs Hərəmlərin Yenidənqurma Qərargahının mədəniyyət müdiri deyib: Həzrət Fatimeyi Zəhranın (səlamullahi əleyha) həyəti bu xanımın mövludu ilə eyni vaxtda Həzrət Əmirəlmöminin Əlinin (əleyhi səlam) pak hərəmində açılışı olacaq.

Milad Cavadi Həzrət Fatimeyi Zəhranın (səlamullahi əleyha) adına olan həyətin açılışını 1400-cü ilin Bəhmən ayında (2022-ci ilin fevralında) elan edərək deyib: Bu həyət Həzrət Əlinin (ə) hərəminin köhnə həyətinin yanında yerləşir və muzey istisna olmaqla başqa bütün layihələrin qarşıdan gələn iki aya qədər təslim ediləcək.

Qeyd edək ki, “Həzrəti Fatimə Zəhranın (səlamullahi əleyha) Adına Həyətin Böyük Layihəsi” İslam memarlığının şah əsəridir və müqəddəs ziyarətgahlar tarixində ən böyük inşaat mühəndisliyi layihələrindən biridir. Bu layihənin tərtibçisi, icraçısı və təsisçisi İran İslam Respublikasının “Müqəddəs Hərəmlərin Yenidən Tikintisi Qərargahı”dır. Bu qərərgah İraq Şiə Vəqf Məhkəməsi və İmam Əlinin (əleyhi səlam) Müqəddəs Hərəmi ilə tam koordinasiya şəraitində bu Böyük Layihəni tamamlamağa nail olmuşdur.

Sahəsi 60 min kvadratmetrdən çox olan Həzrəti Fatimə Zəhranın (s) həyəti müqəddəs hərəmin köhnə həyətindən dörd dəfə böyükdür və 4 mərtəbədən və bir neçə böyük eyvandan ibarətdir. Layihəyə ibadət və ziyarət yerləri ilə yanaşı, ziyarətgah muzeyinin binası, Astan kitabxanası (bir milyon kitab tutumu olan və əlyazmaların bərpası emalatxanası ilə təchiz olunub) və Elmi Hövzənin dərsləri və dini mühazirələr üçün böyük nef daxildir. Böyük ibadət zalı, zəvvarlar üçün mehman xana, hamam və tualet, ziyarətgahın qulluqçuları üçün yeməkxana bu həyətin digər hissələridir.