İmam Əli (ə) ziyarətgahının şimal minarəsinin hazır olmasına az qalıb

Az.shafaqna.com xəbər verir ki, Nəcəf şəhərində yerləşən İmam Əli (ə) ziyarətgahının şimal minarəsində təmir-bərpa işlərinin 90 faizi tamamlanıb.

Bunu yerli mediaya ziyarətgah-türbə kompleksinin idarə heyətinin üzvü Fateh Əl- Kərmani bildirib.

O qeyd edib ki, minarənin bərpası ziyarətgahın bərpaetmə fabrikində ağac, qiymətli metal və bəzək əşyalarından istifadə edilməklə həyat keçirilir.