İnqilab Keşikçiləri Hücumları pisləyib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri sionist rejiminin məzlum Fələstin xalqına qarşı törətdiyi yeni qətli qətiyyətlə pisləyib və vurğulayıb ki, sionistlərin səhv hesablamaları bu rejimin süqutuna səbəb olacaq.

İran İnqilabı Keşikçiləri Korpusu yazılı açıqlamada sionist rejimin məzlum Fələstin xalqına qarşı yeni qətlini kəskin şəkildə pisləyib. İnqilab Keşikçiləri tərəfindən verilən bəyanatda aşağıdakı ifadələr yer alıb: “Keçən cümə günündən ABŞ və digər anti-insan hökumətlərinin dəstəyi ilə Qəzza zolağında saxta, irqçi və uşaq öldürən rejimin başlatdığı ən son qətl sionistlərin və onların regional və aqressiv mahiyyətini bir daha ortaya qoydu. Şübhəsiz ki, onlarla məzlum və müdafiəsiz Fələstin müsəlman xalqının şəhadətinə və yaralanmasına səbəb olan bu böyük qətl bu rejimi və onun tərəfdarlarını peşman edəcək. Bəzi ərəb ölkələrinin saxta sionist rejimlə əlaqələrinin normallaşdırılması sionistlərin təhlükəsizliyinə zəmanət verməyəcək, əksinə müsəlman xalqlar arasında anti-sionist və islami müqavimət imkanlarını artıracaq. Beynəlxalq insan haqları təşkilatları və qurumlarından sionistlərin qətllərinə səssiz qalmamaları, Fələstin xalqının hüquqlarını müdafiə etmələri və işğalçıları cəzalandırmaları gözlənilir”.