İran Fars körfəzində tankeri ələ keçirib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 42 000 litr qanunsuz yanacaq daşıyan tankeri ələ keçirib.
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan vilayətinin baş prokuroru Müctəba Qəhrəmani qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı aşkarlanan qayığın İnqilab Keşikçiləri Ordusu tərəfindən ələ keçirildiyini bildirib.
Qəhrəmani, 42 000 litr qaçaq yanacağın ələ keçirildiyi qayıqda 4 nəfərin də nəzarətə alındığını açıqlayıb.