İran əfqan sərhədçiləri ilə münaqişə barədə məlumatı şərh edib

Taybad bölgəsində İran və Əfqan sərhədçiləri arasında münaqişənin olması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Operativ.tv Az.rasthaber.com-a istinadla verdiyi xəbərə görə, bu barədə Xorasan Rəzəvi əyalətinin rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Taybadla sərhəddə belə bir münaqişə baş verməyib, bu məlumat yalandır.

"Bu qəbildən olan xəbərləri dərc etməkdə məqsəd Xorasan-Rəzəvi bölgəsində İran və Əfqanıstan arasında sabit sərhəd münasibətlərini, həmçinin İranla Əfqanıstanın hazırkı hökuməti arasında sərhəd əlaqələrini pozmaqdır", deyə məmur bildirib.

Çərşənbə günü səhər Taybad sərhədində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında sərhəd münaqişəsi barədə təsdiqlənməmiş xəbərlər yayılıb.