İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Məsləhət Şurasının üzvlərinin yeni dövr üçün səlahiyyət müddətini təsdiqləyib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran rəhbərinin sərəncamına əsasən, Sadek Ərdəşir Amoli Laricani yenidən şuraya sədr təyin olunub.

Qeyd edək ki, Amoli Laricani 1960-cı ildə İraqın Nəcəf şəhərində anadan olub. O, 2018-ci ildən Məsləhət Şurasına sədrlik edir.

A.Laricani 2009-2019-cu illərdə məhkəmə sisteminin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Məsləhət Şurası 1989-cu ildə yaradılıb. Şura parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasında mübahisə və münaqişələri tənzimləyir. Bu məsləhətçi orqanın 28 üzvü var. Şuraya 1989-cu il oktyabrın 4-dən 2017-ci il yanvarın 8-dək keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəcani başçılıq edib.