İran prezidenti ölkəsindəki etirazlardan danışdı

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Nyu-Yorkdan qayıtdıqdan sonra, Tehranın Mehrabad hava limanında ictimaiyyət qarşısında çıxış edərək, bütün ölkəyə yayılan etirazları dəyərləndirib.

İctimai təhlükəsizliyin vacibliyini vurğulayan Rəisi “Düşmənlər xaos yaratmaq istəyirlər. Xalqın tələblərini, etirazlarını eşidirik, amma heç kimin xaos yaratmasına imkan verilməyəcək”, -deyə bildirib.

Hər zaman xalqın səsinə qulaq asdıqlarını söyləyən Rəisi, “Heç bir şərtlə xalqın təhlükəsizliyinin təhlükə altına düşməsinə icazə verməyəcəyik”, – deyə əlavə edib.

Təxminən bir həftədir davam edən etirazlara cavab olaraq, iki gündür keçirilən hökmətə dəstək nümayişlərinə işarə edən Rəisi bu nümayişlərin İranın qüdrətini və şərəfini təmsil etdiyini bildirib.