İran: Qırmızı dənizdə gəmimizə edilən hücuma cavab verdik

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran bu ölkəyə məxsus ticarət gəmisinin Qırmızı dəniz yaxınlığında seyr edərkən naməlum qayıqların hücumuna məruz qaldığını açıqlayıb. İran donanması gəminin qarşısını kəsib. İran Hərbi Dəniz Qüvvələri Komandirinin müavini, admiral Mustafa Tacəddini dövlət televiziyasına açıqlama verərək deyib ki, dünən gecə Qırmızı dəniz marşrutunda hücuma məruz qalan ticarət gəmisindən kömək çağırışının alıb. Yaxınlıqda olan İran donanması birliklərinin bölgəyə gedərək hadisəyə müdaxilə etdiyini bildirən Tacəddini "Kameran" esminesinin komandanlığındakı eskort gəmilərin kimliyi məlum olmayan qayıqların, daha sonra isə hücum edən qayıqların atəşə tutulduğunu bildirib.