İran, Rusiya və Çin hərbi dəniz qüvvələrinin birgə təlimi başlayıb

İran, Çin və Rusiya hərbi dəniz qüvvələrinin birgə təlimi başlayıb.

APA-nın İranın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, “Dəniz təhlükəsizliyi qurşağı” adı verilən təlimlər bu gün səhər Hind okeanın şimal hissəsində başlayıb.

Təlimlərdə İran tərəfdən İslam İnqilabı Keşikçiləri Korpusu və İran ordusunun bölmələri iştirak edir.

Təlim çərçivəsində yanan gəminin xilas olunması, silahlıların ələ keçirdiyi gəminin azad edilməsi, dəniz hədəflərinin gecə və gündüz saatlarında məhv edilməsi məşqlərinin keçirilməsi nəzərdə tutulub.