İranda aksiyalarda 10 etirazçı öldürüldü

İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib.

Qeyd edək ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla şəhərində nümayişlər keçirilir.

Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.