İranda Aşura zamanı terror aktının qarşısı alınıb: kamikadze həbs edilib

İranın Sistan və Bəlucistan əyalətində qadın kamikadze həbs edilib.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Terrorçu ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində yerləşən Hüseyniyyədə Aşura günü matəm mərasimləri zamanı terror aktı törətməyi planlaşdırıb.

Lakin cinayətkar terror aktından əvvəl Saravan bölgəsində İran Kəşfiyyat Nazirliyi tərəfindən həbs edilib.