İranda keçmiş prezidentin qızına qarşı cinayət işi açılıb

Tehran şəhər Prokurorluğu İranın keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə qarşı cinayət işi açıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə "Azad Tekegram" kanalı məlumat yayıb. 

Bildirilir ki,  Faizə Haşiminin “İslam Peyğəmbərini təhqir etməkdə” günahlandırılıb. 

Bundan əvvəl, aprel ayında Amerikanın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplar siyahısından çıxarma ehtimalı ilə bağlı sosial mediada çıxış edən Haşiminin “Peyğəmbər öz xanımı Xədicənin pullarını xərcləyib. O, iqtisadi fəaliyyətlə məşğul olmurdu, yalnız peyqəmbərlik edirdi”-deyə, zarafatla bildirmişdi.

Onun bu çıxışının peyğəmbəri təhqir etmək kimi dəyərləndirlməsi radikal dinçi kəsimin və hakimiyyətin nəzarətində olan mətbuat orqanlarının sərt reaksiyası ilə üzləşmişdi. Bundan sonra Faizə Haşiminin üzr istəməsinə baxmayaraq, Tehran prokurorluğu ona qarşı sözügedən ittihamla yanaşı, “SEPAH”a qarşı sanksiyaların davam etdirilməsinin vacibliyin vurğuladığına görə də cinayət işinin açıldığını bildirib.