İrandakı iğtişaşlarda iki bankın vəsaiti oğurlanıb

 İranda son həftənin iğtişaşlarında iki bankın bütün vəsaitləri oğurlanıb və 240 bank şöbəsinə müxtəlif dərəcələrdə ziyanlar dəyib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Dövlət Banklarının Koordinasiya Şurasının Katibliyindən məlumat verilib.

Bildirilib ki, son günlərin iğtişaşlarında ümumilikdə 240 bank şöbəsinə müxtəlif dərəcələrdə ziyanlar dəyib və iki bankın vəsaitləri oğurlanıb.

240 bankdan 10-u 90 faiz, 7 şöbə isə 60 faiz dağıntılara və ziyana məruz qalıb.

Əlavə edib ki, iğtişaşçılar ümumilikdə 220 ödəmə terminalına və bankaların üzərində olan 130 müşahidə kamerasına ziyan vurublar.

Bundan öncə İran polisi iğtişaşçılardan bir qismini saxladığını bildirmişdi.