İrandan Doha danışıqları ilə bağlı bəyanat

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Qətərin paytaxtı Dohada keçirilən danışıqların yeni raundu ilə bağlı mühüm açıqlama verib.
Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Twitter hesabından verdiyi açıqlamada İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı Dohada aparılan danışıqları dəyərləndirib.
Kənani deyib: "İranın yerdə qalan məsələlərlə bağlı operativ şərhləri və təklifləri gündəmə gəldi və qarşı tərəf öz fikirlərini bildirdi. Yolun davamı və danışıqların növbəti mərhələsi ilə bağlı Baqiri və Mora həmişəki kimi əlaqə saxlayacaqlar"
Nasir Kənani bildirib ki, sanksiyaların ləğvi üçün aparılan danışıqlar prosesində iki gündür Enrike Moranın vasitəçiliyi ilə Dohada intensiv danışıqlar aparılıb.
İran xarici işlər nazirinin müavini və baş müzakirəçi Əli Baqiri Kəni Doha danışıqları çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə də görüşüb.
İranın Vyanadakı danışıqlar qrupunun mətbuat müşaviri Prof. Dr. Məhəmməd Mərəndi İSNA xəbər agentliyinə deyib: "İran danışıqlara ev sahibliyi etmək üçün Qətəri seçdi, çünki Dohanın Tehranla dostluq əlaqələri var".