İraq ordusu və "Həşdi Şabi" İŞİD-ə qarşı əməliyyat keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq ordusu və "Həşdi Şabi" qüvvələri bu gün İŞİD terror təşkilatının qalıqlarına qarşı birgə əməliyyat keçirib.   Bu əməliyyat Neynəva vilayətinin Mosul şəhərinin cənubunda həyata keçirilib.   "Həşd Şəbi" qüvvələri bir müddət əvvəl Bağdadın Tarimiyə şəhərində terrorçulara qarşı genişmiqyaslı əməliyyat keçirmişdi. Bu əməliyyatda İŞİD liderlərindən biri "Həşd Şabi" tərəfindən saxlanılmışdı.