İraq ordusunda Mossad casus şəbəkəsi; 4 əsgər həbs olundu

Yerli xəbər mənbələri İraqın bir neçə yüksək səviyyəli kəşfiyyat zabitinin İsrail rejiminə casusluq etdikləri üçün həbs edildiyini bildirib.

İraq Ali Məhkəməsi İsrail Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatı (Mossad) üçün casus şəbəkəsi yaratmaq ittihamı ilə dörd yüksək rütbəli kəşfiyyatçının həbsinə qərar verib. Məlumata görə, həbs olunanlar arasında İraq kəşfiyyatının rəhbəri, Kazimiyə çox yaxın şəxs olan general-mayor Məcid əl-Deyləmi və onun İraq kəşfiyyat xidmətindəki varisi Əhməd Əbu Raqif də var. İraq kəşfiyyat rəsmiləri və sorğuların nəticələrinə görə, Mossadın İraq kəşfiyyatnda casus şəbəkəsi qurduğu anlaşılır. Qeyd edək ki, İraqda terrorçu qruplaşmaların, o cümlədən İŞİD-in zəifləməsi və İraq xalqının güclənməsindən sonra sionist rejim İraqın hərbi və siyasi strukturuna soxularaq İraqdakı hadisələrin gedişatını öz xeyrinə çevirməyə çalışıb.