İraq parlamentinin sədri istefa verib

Məhəmməd əl-Halbusi İraq Nümayəndələr Şurasının (parlament) sədri vəzifəsini tərk etdiyini açıqlayıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə İraqın “Shafaq News” informasiya portalı məlumat yayıb.

“Nümayəndələr Şurası sentyabrın 28-də dördüncü iclasını keçirəcək. İclasın gündəliyinə əl-Halbusinin vəzifəsindən istefa verməsi və parlament sədrinin birinci müavininin seçilməsi ilə bağlı səsvermə daxildir”, - spikerin bəyanatında deyilir.