İraqda keçirilən Parlament seçkilərinin ilkin nəticələri

İraqda keçirilən növbədənkənar Parlament seçkiləri başa çatıb.

Bu barədə əl-Sumariyyə məlumat yayıb.

Məlumatda bildirilir ki, həlledici Parlament seçkilərində seçicilərin fəallığı aşağı olub. Belə ki, ölkədə Parlament seçkilərinin fəallığı orta hesabla 42%, paytaxt Bağdadda isə təxminən 31% təşkil edib.

Həmçinin məlumatda vurğulanır ki, Kərbəla və Nəcəf daxil olmaqla ölkənin 10 əyalətində səslərin hesablanması başa çatıb və yaxın zamanda ictimaiyyətə təqdim ediləcək. 

Faktxeber.