İraqda toqquşma - Yüzdən çox polis yaralandı

İraqın paytaxtı Bağdadda kütləvi aksiyalar keçirilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, polis hökumətə qarşı çıxan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.Məlumata görə, aksiya iştirakçıları ilə toqquşma zamanı təhlükəsizlik qüvvələrinin yüzdən çox üzvü yaralanıb. Bundan əlavə, Bağdadda polislə qarşıdurma nəticəsində 11 mülki vətəndaşın yaralandığı qeyd olunub.