İraqın Nəcəf şəhərində partlayış olub, 7 nəfər ölüb

İraqın cənubundakı Nəcəf şəhərində Həşdu-Şabe-yə məxsus silah-sursat anbarında partlayış nəticəsində azı 7 nəfər ölüb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, məlumatı “Al-Arabiyya” yayıb.

Bildirilib ki, hadisə Nəcəf şəhərinin Xoli rayonunda baş verib.

İlkin versiyaya əsasən, partlayışa səbəb yüksək temperatur göstərilir.