İraqın Ziqar əyalətində iğtişaşlara görə komendant saatı tətbiq edilib

Bu gün İraqın Ziqar Qubernatorluğu əyalətdə komendant saatı tətbiq etmək qərarını verib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, son iki gündə Ziqar əyalətində iğtişaşlardan sonra əyalət rəhbərliyi komendantsaatı elan edib.

Ziqar Qubernatorluğundan verilən açıqlamada deyilir:

"Əyalət qubernatoru Məhəmməd Hadi, Ziqardakı təhlükəsizlik vəziyyəti ilə ciddi məşğul olmaq üçün Milli Təhlükəsizlik rəhbəri və “Şumer Əməliyyatları Komandanı” ilə təhlükəsizlik iclası keçirib. Xaos yaradan qrupların addımlarını dayandırmaq üçün əhali də əməkdaşlığa çağırılıb.”

Bəyanatda əlavə edilib ki, iclasın yekün nəticələrinə əsasən komendant saatı elan edilib və dövlət idarələrini yandırmağa cəhd edən maskalı qrupların həbs və təqibi barədə qərarlar verilib.

Qeyd edək ki, bu əyalətdə iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları az keçməmiş təhlükəsizlik qüvvələri ilə toqquşmalara və iğtişaşlara çevrilib.