İŞİD "Həşd Şabi" döyüşçüsünü öldürdü

İŞİD terrorçu qruplaşması İraqın Babil şəhərinin Cərf ən-Nəsr bölgəsinə hücum reallaşdırıb.

Operativ.tv "Eastnews.org"a istinadən xəbər verir ki, bu barədə "Həşd Şabi" hərəkatı məlumat yayıb.

Məlumatda vurğulanır ki, hücum zamanı 1 "Həşd Şabi" üzvü həlak olub və bəzi döyüşçülər də yaralanıblar.

Hazırda bölgədə İŞİD terrorçu qruplaşmasına qarşı geniş miqyaslı hərbi əməliyyata start verildiyi qeyd olunur.