İŞİD-in son cəlladının məhkəməsi start götürür

İŞİD terror təşkilatının cəlladlarından ibarət “Beatles” bandasının üzvlərindən birinin məhməkəsi bu gün – 11 avqustda Londonda start götürür.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, müttəhim kürsüsündə əyləşən Böyük Britaniya vətəndaşı 38 yaşlı Eyn Lesli Devis İŞİD-çilərin əsirliyində olan şəxslərin amansızcasına qətllərində iştirak edib.

Britaniyalı terrorçu – “qanlı dördlü”nün sonuncusu London hava limanında tutulub. O, buraya Türkiyədəki hava limanından gəlmişdi.

O, çox sayda cinayətdə ittiham olunur. O, ömürlük azadlıqdan məhrum edilə bilər.

Bandanın başçısı “Cihadi Con” təxminən 7 il öncə Suriyada məhv edilib. Digər 2 üzv isə – Aleksandr Koti və Şafi Şeyx isə həbsdədir.

Bandanın onlarla qətldə əli var.