İslam Birliyi Konfransının qonaqları Ayətullah Xamenei ilə görüşüblər

Giperssilka “KHAMENEİ”yə istinadən xəbər verir ki, bu gün Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlud günü ilə eyni vaxtda 35-ci Beynəlxalq İslami Vəhdət Konfransında iştirak edən qonaqlar və bir qrup rəsmilər İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

Görüş İmam Xomeyni (rəh) Hüseyniyyəsində keçirilib.

Ayətullah Xamenei görüşdə bildirib ki, Peyğəmbərin (s) mövludu hadisəsinin əzəməti Peyğəmbərin məqamının ucalığına bərabərdir:

"Uca Allah yaradılışın əvvəlindən sonuna qədər kainatda bu əzəmətdə və məqamda bir varlıq yaratmayıb. Allah onun boynuna böyük bir əmanət qoyub.

Uca Allah Kitabı Peyğəmbərin (s) müqəddəs qəlbinə nazil etdi. Həmçinin onun pak dilinə cari etdi. İnsanın xoşbəxtlik planını tamamilə ona həvalə etdi. Bu planı həyata keçirməyi də ona tapşırdı ki, həm onlara çatdırsın, həm də tərəfdarlarından onun icrasını tələb etsin. Peyğəmbərin (s) mövludu əslində insan həyatında yeni bir dövrün başlanğıcıdır. Bəşəriyyət üçün ilahi iradənin və ilahi lütfün yeni dövrünün başlanmasına müjdədir”.