İslami: "Sionist rejim həddi-hüdudunu bilməlidir"

İran Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: "Sionist rejim İranın nüvə obyektlərini hədəfə almaqla təhdid etməzdən əvvəl özünün həqiqi ölçüsünü diqqət yetirməlidir".

ABNA24 Xəbər Verir, İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami Əl-Məsirə telekanalına verdiyi müsahibədə deyib: "İran öz milli strategiyasında heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq da.

O, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin standartlarına və çərçivələrinə uyğun hərəkət etdiyini qeyd edib.

Məhəmməd İslami indiyədək İranın nüvə obyektlərində aparılan bütün yoxlamalar zamanı İranın nüvə proqramında heç bir yayınmanın müşahidə edilmədiyini bəyan edərək, əlavə edib: "İstikbar düşünür ki, İranın nüvə alimini terror etməklə İslam İnqilabına zərbə vura bilər. Lakin bu əksinədir". 

İran Atom Enerjisi Təşkilatının sədri qeyd edib ki, bu hərəkətlər nəinki İranın nüvə proqramını zəiflətməkdə uğurlu olmayıb, həm də onu gücləndirib və dinc nüvə fəaliyyətlərimizin inkişafına gətirib çıxarıb".