İslamiada: Azərbaycanın 2 sərbəst güləşçisi medalı təmin edib

Azərbaycanın sərbəst güləşçiləri Turan Bayramov və Abubakr AbakarovTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

Operativ.tv Report-a istinadən xəbər verir ki, 74 kq-da çıxış edən Bayramov yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.