İsrail işğal altında olan Colan Yüksəkliklərinə əlavə hərbi qüvvələr ezam edib

İsrail işğal etdiyi Colan Yüksəkliklərinə ağır hərbi texnikalar göndərib.

SalamNews RT-ə istinadla xəbər verir ki, ərəblərin və druzların etiraz aksiyalarının şahidi olan Colana ağır hərbi texnikalar göndərilib.

Məlumata görə, çoxlu sayda tank bölgəyə aparılmaqdadır.

Qeyd edək ki, İsrailin baş naziri Naftalı Bennet iki gün öncəki açıqlamasında işğal edilən Colan Yüksəkliklərində əlavə yəhudilərin yerləşdirilməsi və onlar üçün yeni massivlərin salınmasından xəbər vermişdi.

Bundan sonra bölgədə etiraz aksiyaları keçirilmişdi.

Suriya bunun ardından bəyanat verərək, "Colanın hökmən vətənin ağuşuna qayıdacağını" bildirib və dünya ictimaiyyətini Colanla bağlı BMT qətnamələrinin icrasına çağırıb.