İsrail Knesseti buraxılması üçün səsvermə keçirir

Son dörd ildə beşinci dəfə olaraq İsraildə Knesset seçkiləri keçiriləcək. Knesset bu gün özünün buraxılması üçün səsvemə keçirir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İsraildə bu gün Knessetin buraxılması üçün səsvermənin keçirilməsi koalisiya hökumətinin növədənkənar seçkilərə getməklə bağlı qərarından sonra baş tutur.

Böyük ehtimalla səsverməyə əsasən Knesset buraxılacaq və gələn oktyabr ayının sonunda 2018-ci ildən bəri beşinci dəfə olaraq seçkilər keçiriləcək.

Koalisiya hökuməti daxilində əldə edilmiş razılaşmaya əsasən həmin zamana qədər müvəqqəti hökumətin baş naziri Yair Lapid olacaq.

İsrailin hazırki koalisiya hökumətinin əsas rəqibi Likud partiyasının rəhbəri Benyamin Netanyahu indidən oktyabrda keçirilən seçkilərdə qələbə çalacağını bildirib.