İsrail Livanı Beyrutun işğalı ilə hədələyib

İsrail Livanın paytaxtı Beyrutu, Sayda və Sur şəhərlərini yenidən işğal edə biləcəyini bildirib.

Operaativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Beni Qants tvitter səhifəsində yazıb.

Dünən, çərşənbə günü İsrailin müdafiə naziri Beni Qants Livanı işğal etməklə hədələyib və bildirib ki, əgər onun ölkəsinin ordusundan orada hərbi əməliyyat keçirmək istənilirsə, bu, "güclü və dəqiq" olacaq və "Hizbullah" bunun bədəlini "ağır" ödəyəcək.

Qants bu paylaşımını, İsraildə, "əl-Cəlildə Sülh prosesi" kimi tanınan 1982-ci il birinci Livan müharibəsinin 40-cı ildönümü ilə bağlı tədbirdən sonra twitter hesabında edib.

O, Livanı belə hədələyib: “Biz döyüşə hazırıq, lazım gələrsə, yenidən Beyruta, Sayda və Sura yürüş edəcəyik”.