İsrail mənbələri İrandakı iğtişaşları idarə edən əsas şəxsin kimliyini açıqlayıblar

İsrail mənbələri İrandakı son iğtişaşların əsas koordinatorunun İlhan Yaqubiyan adlı və yəhudi əsilli ABŞ vətəndaşı olduğunu yazıblar.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti ölkədəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vaxtilə İran yəhudilərindən olmuş İlhan Yaqubiyan ABŞ vətəndaşıdır və o İrandakı son iğtişaşların əsas koordinatorudur.

Əlavə edilib ki, bu şəxs Mossad və CİA ilə İranın daxilində olan əlaltılarla koordinasiya işini aparıb.

İsrail qəzeti bildirib ki, o, bir həftə öncə Los-Angelesdə İran hökuməti əleyhinə təşkil edilmiş aksiyalarda da iştirak edib.

Qeyd edək ki, Tehranın qubernatoru bu gün elan edib ki, iğtişaşlar bitib və xarici amillərin planlaşdırdığı fitnə dayandırılıb.