İsrail müdafiə naziri İranı hədələyib

Eastnews.org-un verdiyi xəbərə görə, İsrailin müdafiə naziri növbəti dəfə İranın nüvə obyektlərini hədələyib.   İsrailin müdafiə naziri Benni Qantz verdiyi açıqlamada rejimin hərbi variantı qəbul edərək Qərb və İran İslam Respublikası arasında nüvə anlaşmasının keyfiyyətini yaxşılaşdırmağa çalışdığını iddia edib.   Beni Qantz iddialarına belə davam edib:   "İsrail İran və onun müttəfiqlərinin regional səviyyədə fəaliyyətinə nəzarət də daxil olmaqla, hərtərəfli razılaşmalar əldə etməyə çalışır. Yaxşı razılaşma İranın regional fəaliyyətinə və uranın zənginləşdirilməsi səviyyəsinə nəzarət edən razılaşmadır".   Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü kimi dinc məqsədlər üçün nüvə texnologiyası əldə etmək hüququna malik olduğunu vurğulayır.   Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri bir neçə dəfə İranın nüvə obyektlərinə baş çəksələr də ölkənin dinc nüvə enerjisi proqramının hərbi məqsədlərdən kənara çıxmasına dair heç bir sübut tapmayıblar.