İsrail qüvvələrinin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 55 min fələstinli qatılıb

 İsrail qüvvələri fələstinlilərin əsasən gənc və orta yaş katiqoriyalarına tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq əl-Əqsa məscidində bu günkü cümə namazına 55 min insan qatılıb.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bu barədə Fələstinin İslami Vəqf İdarəsi məlumat yayıb.

Bildirilib ki, “işğalçı qüvvələrin Əl-Əqsa məscidi kompleksinin və əski şəhərin (Qüds) darvaza və qapılarında axtarış aparması, əraziyə daxil olanları ciddi yoxlanılması, bəzi şəxsləri saxlaması və sair məhdudiyyətlərinə baxmayaraq cümə namazında 55 min nəfər iştirak edib.”

KİV-lər səhər saatlarında əl-Əqsanın “Hatta” darvazasında əraziyə daxil olmaq istəyən müsəlman inanclılarla İsrail polisi arasında məhdud qarşıdurmanın yaşandığı və İsrail qüvvələrinin dəyənəklərdən istifadə etdiyini yazıblar.

Qeyd edək ki, Qüds və əl-Əqsa məscidi 1967-ci ildə tamamilə İsrail qüvvələri tərəfindən işğal edilib.